Donetskdə rus bölmələri hücumu müvəqqəti dayandırmaq əmri alıb, əsas səbəb səfərbər olunanların və çoxsaylı fərarilərin mənəvi-psixoloji vəziyyətinin son dərəcə aşağı olmasıdır.
Teleqraf.com bildirir ki, bu xəbəri Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
“Bəzi hərbi əməliyyatların aparıldığı ərazilərdə, xüsusən də Donetsk vilayətində rus bölmələri hücum əməliyyatlarını müvəqqəti dayandırmaq barədə əmrlər almağa başlayıb”, - mesajda deyilir.
Baş Qərargah qeyd edir ki, bunun əsas səbəbi çağırışçıların mənəvi-psixoloji durumunun həddən artıq aşağı olması, səfərbər olunmuşlar arasından çoxsaylı fərarilik hallarının qeydə alınması və döyüş əmrlərinin yerinə yetirilməməsidir.