19 Oktyabr 2022 20:49
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Cənub Qaz Dəhlizinin genişləndirilməsini tam dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos deyib.

"Azərbaycanla Aİ arasında Avropaya qaz tədarükünün iki dəfə artırılması barədə anlaşma memorandumu çərçivəsində biz Azərbaycanla enerji sektorunda əməkdaşlığımızın genişlnməsini səbirsizliklə gözləyirik. Biz bununla bağlı bütün imkanlara müsbət yanaşırıq", - deyə o bildirib.

Səfir əlavə edib ki, Trans-Adriatik qaz xəttinin (TAP) tərkib hissəsi olan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) daha çox sayda Avropa ölkəsini vahid enerji sisteminə bağlayıb.

"Əlbəttə ki, biz gələcəkdə tədarükün artırılması imkanlarını nəzərdən keçirəcəyik", - səfir deyib.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər