2 Noyabr 2022 18:07
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası terrorçu ölkə olduğu üçün onlarla danışıqlardan söhbət gedə bilməz. Müharibənin sonu isə yalnız Ukraynanın Donbass və Krım da daxil olmaqla, müvəqqəti işğal edilən bütün əraziləri geri qaytarması ilə olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Çexiya televiziyasına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, kiminsə onu ruslarla razılaşmağa sövq edib-etməməsinin fərqi yoxdur:

“Biz artıq müqavilələrdə olmuşuq. Bizim üçün yeni heç nə, sürpriz yoxdur. Mən bu hekayənin necə bitəcəyini artıq bilirəm. Rusiya hakimiyyəti diplomatik yolla getmək əvəzinə yalan danışır. Ona görə də Kremllə danışıqlardan söhbət belə gedə bilməz.

Dünən bizə dedilər ki, müharibəni dayandırmaq istəyirlər, amma bu gün 54 raket zərbəsi endirdilər. Dəli, xəstədirlər? Yarım gündə bu qədər hücum olar?.. Belə olan halda onlarla nə danışa bilərik? Sanki başqa planetdə yaşayırlar".

Prezident vurğulayıb ki, Rusiya ilə heç bir kompromis olmayacaq:

"Ukraynaya yalnız tam qələbə lazımdır. Bu, kompromis məsələsi deyil. Yalnız qələbə! Amma onlar geri addım atmalı, geri çəkilməlidirlər. Onlar bizim bu ərazilərimizi işğaldan azad etməyimizi gözləyə bilərlər. Biz çoxlu insan itirəcəyik və onlar da itirəcəklər. Və bu faciədir. Çünki onlar bizim sərhədlərimizdən kənara çəkilə bilərlər. Və sonra deyə bilərlər ki, gəlin kompromis yox, hansısa həll yolundan, növbəti 100 ildə necə yaşayağımızdan danışaq.

Krımı və Donbası vermək istəməsələr, bu, müharibənin dayanmadığı anlamına gələcək".


Müəllif: Nemət

Oxşar xəbərlər