4 Noyabr 2022 18:59
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

G7 ölkələri 2020-ci ilin yanvar ayında "Boinq" təyyarəsinin vurulmasına görə İranı məsuliyyətə cəlb etmək istəyirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin yaydıqları birgə bəyanatda qeyd olunub.

Sənəddə İranın nüvə silahı əldə etməsinin qarşısının alınacağı bildirilib.

Bundan başqa, bəyanatda İrandakı aksiyalarda həbs olunanların azadlığa buraxılması tələb edilib.

Nazirlər İranın ikili vətəndaşlığı olan və xarici ölkə vətəndaşlarını ölkəsində saxlamasını pisləyib.

Bəyanatda Rusiya və digər ölkələrə qarşı da iqtisadi sanksiyaların tətbiqinin davam etdiriləcəyi vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər