6 Dekabr 2022 10:52
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) Rusiyanın Engels və Ryazan yaxınlığındakı strateji aviabazalarında baş verən partlayışların Ukrayna qüvvələri tərəfindən törədildiyini iddia edir.

Teleqraf.com xəbər verir ki, ISW Ukraynanın bu addımını Rusiyanın mülki və kritik infrastrukturlara raket zərbələrinə cavab kimi xarakterizə edir.

“Böyük ehtimalla dekabrın 5-də Rusiyanın iki strateji aviabazasına zərbələr Ukrayna qüvvələri tərəfindən endirilib. Amma hücuma aviabazalara cüzi ziyan dəyib. Ukrayna Rusiyanın arxa xətlərinə zərbə endirməklə rusların infrastrukturlara zərbə kampaniyasını poza biləcəyini nümayiş etdirib”, - hesabatda bildirilir.

Aerodromlarda baş verən partlayışlar “Rusiya Ukrayna ərazisindən təhdid altındadır” qənaətinə gələn rus mediasında səs-küyə səbəb olub.

Dekabrın 5-də gecə saatlarında Ryazan və Engelsdə partlayış baş verib. Məlumata görə, Ukraynadan 800 km-dən çox məsafədə yerləşən iki aerodrom pilotsuz təyyarələrlə hücuma məruz qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu