9 Dekabr 2022 14:10
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yapon milyarder Maezava Yusaku 2023-cü ildə “SpaceX” raketi ilə Aya turistik "dearMoon" turunda onu müşayiət edəcək sərnişinlərin adını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə milyarder özünün “Twitter” səhifəsində paylaşım edib.

Məlumata görə, 1 milyona yaxın müraciət alan tura K-Pop artisti Choi Seung Hyun və ABŞ disk-jokeyi Stiv Aoki qatılacaq. Kabin heyətinə irlandiyalı fotoqraf Rhainnon Adam, hind aktyoru Dev Coşi və ABŞ video məzmun prodüseri Tim Dod daxildir. Komandada britaniyalı fotoqraf Kərim İliya, ABŞ kinorejissoru Brendan Holl və çexiyalı art-direktor Yemi Akinyemi Dele də var.

Açıqlamaya görə, turun ehtiyat ekipaj üzvləri yapon rəqqasə Miyu və ABŞ-dan qar xizəkçisi Kaytlin Farrinqton olacaq.

Milyarder 2023-cü ildə Aya səyahətin pulunu Amerika kosmik gəmi istehsalçısı “SpaceX” raketi ilə ödəyəcək.

Məlumat üçün qeyd edək ki, 47 yaşlı yapon milyarder keçən il etdiyi səyahətlə "Aya gedən ilk yapon mülki vətəndaşı" olub.


Müəllif: Yeganə Oqtayqızı