Çində koronavirusa yoluxanların sayının qəfil artması səbəbindən ölkə üzrə krematoriyalar tam dolub.
Teleqraf.com xəbər verir ki, paytaxt Pekin və Şanxayda yerləşən krematoriyalarda 24 saat ərzində COVID-19-dan dünyasını dəyişənlərin cəsədləri yandırılır.
İşçilərin sözlərinə görə, koronavirusdan dünyasını dəyişənlərin sayı artdığından krematoriyaların işində çətinlik yaranıb.
Lunxuada yerləşən krematoriyaların birinin işçiləri bildirib ki, ora gündəlik olaraq 500-dən çox cəsəd gətirilir.