1 Mart 2023 20:49
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Prezidentə "TikTok" sosial media tətbiqini, eləcə də hər hansı digər tətbiqləri qadağan etmək səlahiyyəti verən qanun layihəsini dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, 24 konqresmen təşəbbüsü bəyənib, 16-sı isə əleyhinə çıxıb.

Qanun layihəsi bu ayın əvvəlində Nümayəndələr Palatasının geniş iclasında səsə qoyulmalıdır. Qanun layihəsi komitə sədri Maykl Makkalın təşəbbüsü ilə hazırlanıb. Demokratlar bu layihəyə qarşı çıxırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər