“NATO-nun son illər artan hərbi potensialı Rusiya üçün ən böyük xarici təhdiddir”.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, bu günkü vəziyyət Rusiyanın soyuq müharibəsindən sonra Qərb dövlətlər ilə yaşadığı ən böyük gərginlikdir.
Bu arada Ukrayna parlamentinin təhlükəsizlik və müdafiə şurasının sədri Sergey Paşinski Rusiya ilə bağlı ölkəsinin yeritdiyi siyasətə aydınlıq gətirib: “Rusiya artıq Ukraynanın strateji ortağı deyil, düşmənidir. Biz nə Krımın ilhaqını, nə də Ukraynanın şərqində itirdiyimiz əsgərləri heç vaxt unutmayacayıq. Ölkəmiz hər cür çətinliyə hazırdır. Ukrayna heç vaxt Rusiyanın təhdidlərinə boyun əyməyəcək”.
Samir