11 Mart 2023 00:25
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Meta" şirkəti yeni sosial şəbəkənin yaradılması üzərində işləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

"Biz insanlara real vaxt rejimində yazılı mesajlar mübadiləsi etməyə imkan verəcək mərkəzləşdirilməmiş və müstəqil sosial şəbəkənin yaradılmasını nəzərdən keçiririk", - şirkətin açıqlamasında deyilir.

Yeni platformasının "Twitter" mikrobloqlar şəbəkəsinə bənzəyəcəyi bildirilir.

Sosial şəbəkə ilkin inkişaf mərhələsindədir, onun istifadəyə verilmə tarixi barədə məlumat yoxdur.

“Meta” şirkəti "Facebook" və "Instaqram" sosial şəbəkələrinin sahibidir.


Müəllif: Teleqraf.com