11 Mart 2023 20:35
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəba epidemiyası Afrikanın 11 ölkəsində narahatedici səviyyəyə çatıb.

Teleqraf.com-un məlumatına görə, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) Şərqi və Cənubi Afrikadakı regional ofisinin rəhbərinin müavini Lieke van de Vil deyib.

Direktor müavini xüsusilə Afrikanın cənubunda yayılan vəba epidemiyasına diqqət çəkib: “Malavi və Mozambik epidemiyadan ən çox təsirlənən ölkələr arasındadır. Epidemiyanın bu qədər ölümcül olacağını və yayılacağını təxmin etmirdik”.

“Vibrio” bakteriyasının törətdiyi, qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa, ölümcül ola bilər.

Təmiz suya olan ehtiyacın ödənilə bilməməsi, effektiv təcili tibbi müdaxilənin təmin edilməməsi xəstəlik və ölüm riskini artırır.


Müəllif: Yeganə Oqtayqızı