Rusiya hərbi qüvvələri son sutka ərzində Liman, Baxmut, Avdiv, Marin və Şaxtyor istiqamətlərində 70-dən çox hücum həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Baş Qərargah əlavə edib ki, Rusiya Ukraynanın işğalı ilə bağlı niyyətindən əl çəkmir və itkilərdən asılı olmayaraq hücum əməliyyatlarını davam etdirir:
“Düşmən əsas səylərini Liman, Baxmut, Avdiv, Marin və Şaxtyor istiqamətlərində cəmləşdirir. Son sutka ərzində düşmən göstərilən istiqamətlər üzrə 75-dən çox hücum həyata keçirib”.
Rus ordusunun Avdiv, Marin və Şaxtyor istiqamətlərindəki hücum əməliyyatları uğursuz olub. Cəbhənin göstərilən hissəsində ən çox hücum Marində qeydə alınıb - 12 hücumun hamısı Ukrayna müdafiə qüvvələri tərəfindən dəf edilib.
Ruslar Kupyan və Liman istiqamətlərində də uğursuz hücum əməliyyatları keçiblər. Bundan başqa, işğalçılar Baxmut şəhərinə hücum əməliyyatlarını dayandırmırlar. Ukraynalılar Orixovo-Vasilivka və Boxdanivka yaşayış məntəqələri ərazilərində düşmənin çoxsaylı hücumlarını dəf ediblər.