22 Mart 2023 14:21
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə kürd azlıqların müdafiəsinə diqqət yetirən müxalif Xalqların Demokratik Partiyası (HDP) mayın ortalarında respublikada keçiriləcək prezident seçkilərində öz namizədini təmsil etmək fikrində deyil.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu HDP həmsədri Pərvin Buldan açıqlayıb.

"Biz öz namizədimizi irəli sürməyəcəyik".

İddiaya görə, HDP bu qərarı ilə altı partiyalı müxalifət ittifaqı siyasi qüvvənin şərtlərini qəbul edib və bundan sonra Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlunun simasında öz vahid namizədini dəstəkləyəcək. Eyni zamanda, məhz o, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi adlandırılır.


Müəllif: Pərvin Cəfərova