26 Mart 2023 14:30
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin hücumları nəticəsində son sutkada Ukraynada 5 mülki şəxs həlak olub, 25 nəfər yaralanıb.

Teleqraf.com “RBK Ukraina” ya istinadən xəbər verir ki, bu barədə Hərbi Media Mərkəzi Məlumat yayıb.

Ukrayna Müdafiə Nazirliyindən bildirilib ki, son sutkada Rusiya qoşunları Ukraynanın 8 rayonunun ərazisini atəşə tutub. Rusiya minaatan, tank, artilleriya, MLRS, S-300 zenit-raket kompleksləri, Lancet pilotsuz uçan aparatı və taktiki aviasiyadan istifadə edib.

Son 24 saatda ruslar Ukraynanın 132 yaşayış məntəqəsini atəşə tutub. Nəticədə 63 infrastruktur obyektinə zərər dəyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər