Rusiya köhnə və istismardan çıxarılmış T-54 və T-55 tanklarını Ukraynaya qarşı savaşda istifadə etməyə başlayır.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Petro Çernikov deyib.
Onun sözlərinə görə, bu köhnə hərbi texnikaların internetdə yenidən görünməyə başlaması bunların gələcəkdə Ukraynaya qarşı müharibəyə cəlb ediləcəyindən xəbər verir.
“Bu, Rusiya ordusunun strateji və keyfiyyət potensialının sıfıra doğru getdiyinə dair daha bir arqumentdir. Artıq bizə qarşı daha yaxşı texnikalarla döyüşə bilmirlər. Eyni zamanda, bu cür silahlardan istifadə fəlsəfəsinin müəyyən mənfi tərəfləri də var, bu, Putinin sona qədər getmək qərarı verdiyini göstərir”, - Çernikov bildirib.
Ekspert vurğulayıb ki, Rusiyanın yüksək keyfiyyətli texnikası tükənir, söhbət T-72, T-80 və T-90 tanklarından gedir:
“Bunlar olduqca nadir texnikalara çevrilirlər. Ona görə də Kreml piyada, yəni texnikanın dəstəyi olmadan qoşunları döyüşə atmaq taktikasına əl atır. Amma təəssüf ki, Rusiya hələ də insan potensialına malikdir”.