31 Dekabr 2014 02:42
1 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya polisinin növbətçi hissəsinə yarım saat ərzində paytaxt Moskva da daxil olmaqla ölkənin 14 şəhərində vağzala bomba qoyulması barədə məlumat daxil olub.

Teleqraf.com-un verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”-yə Moskvanın hüquq-mühafizə qurumlarındakı mənbə bildirib.

“Saat 18.55-dən 19.30-dək (Bakı vaxtı ilə 19.55-dən 20.30-dək) “02” xidmətinə Moskva, Samara, Orenburq, Omsk, Nijni Novqorod, Penza, Novosibirsk və Kazan daxil olmaqla Rusiyanın 14 şəhərində vağzala bomba qoyulması barədə məlumat daxil olub”, deyə mənbə bildirib.

“Zənglər, əsasən, Ukraynadan daxil olub. Söhbət dəmiryolu vağzallarından gedir. Moskvadakı Leninqrad dəmiryolu vağzalında yoxlama aparılır”, deyə mənbə əlavə edib.

Son məlumata görə, hüquq mühafizə orqanları vağzallarda partladıcı qurğu aşkar etməyib.


Müəllif:

Oxşar xəbərlər