13 Aprel 2023 20:27
3 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bumberq”in təhlilində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana güclü kütləvi dəstəyin davam etdiyi və əldə ediləcək qələbənin Qərbə qarşı bir mesaj olacağı iddia olunur.

Teleqraf.com xəbər verir ki, analizdə Qərb ölkələrinin müxalifət blokunu (Millət İttifaqı) dəstəklədiyinə işarə edən Ərdoğanın seçki zəfəri ilə onlara yol vermək istəmədiyi bildirilib.

Türkiyə liderinin özü gələn ay yenidən seçiləcəyinə əmin olduğunu deyib.

Analizdə ilk turda seçilmək üçün 50 faizdən çox səs toplamaq lazım olduğu deyilib və Ərdoğanın bu açıqlamasında diqqət çəkilib:

“İnanıram ki, xalqım bu işi çətinləşdirmədən başa vuracaq. Türkiyə bu seçkilərlə Qərbə mesaj verəcək. Bu xalq artıq terrorla mübarizə və iqtisadi siyasət müəyyən edilərkən, Qərbin reaksiyasına baxmır.

Qərb Ərdoğana qarşı olduğunu deyir. Onların Ərdoğana qarşı düşmən münasibəti mənim millətimə qarşı düşmən münasibətdir. Millətim mayın 14-də bu sui-qəsdin qarşısını alacaq”.

Digər tərəfdən, təhlildə Ərdoğan dövründə Türkiyənin İsveçin NATO-ya üzvlüyünü gecikdirməyə davam etdiyi vurğulanıb. Finlandiyanın üzvlüyünü təsdiq edən Türkiyə terrorçuların ekstradisiya ediləcəyi təqdirdə Stokholmla bu prosesin irəliləyəcəyini bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər