Təl-Əvivdə hökumətin məhkəmə islahatlarına qarşı çıxan növbəti irimiqyaslı etiraz aksiyası keçirilir.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin mərkəzi küçələri bağlanıb, aksiyaların keçirildiyi yerdə polis növbətçiliyi həyata keçirir.
Bir müddət əvvəl İsrailin hakim “Likud” partiyasını təmsil edən nəqliyyat naziri Miri Regev 25-26 aprel tarixlərində qeyd olunacaq Müstəqillik Günündən dərhal sonra hakimiyyətin məhkəmə islahatları üzərində işləməyə davam edəcəyini açıqlamışdı.
Onun sözlərinə görə, baş nazir Benyamin Netanyahu kompromis tapmaq üçün bu islahatı dayandırıb.
Qeyd edək ki, martın 27-də Netanyahu məhkəmə islahatları haqqında qanun layihəsinin ikinci və üçüncü oxunuşunu parlamentin yayda keçiriləcək növbəti iclasına qədər təxirə salacağını bildirib.