Litva prezidenti Qitanas Nauseda Kiyevə gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” xəbər yayıb.
Səfər barədə qabaqcadan məlumat yayılmamışdı.
Litva lideri ukraynalı həmkarı Vladimir Zelenski ilə iyulda Vilnüsdə keçiriləcək NATO sammitinin gündəliyini, Ukraynanın Avropa İttifaqına mümkün üzvlüyünü, həmçinin Litva və Aİ tərəfindən Kiyevə göstərilən yardımı müzakirə etməyi planlaşdırır.