30 İyul 2023 21:24
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigerdə ​​minlərlə insan Fransa və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinə (ECOWAS) qarşı keçirilən aksiyada iştirak edib.

Teleqraf.com xəbər verir ki, nümayişçilər Fransanın Nigerdəki səfirliyi qarşısında toplaşıb. Etirazçılar Fransa və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi əleyhinə şüarlar səsləndiriblər. Onların bəziləri Rusiya bayraqlarını dalğalandırıb.

Qeyd edək ki, iyulun 26-da Nigerdə hərbçilər çevriliş edib. Onlar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüb. Onun sağ-salamat olduğu vurğulanır. M.Bazum 2021-ci ildə prezident seçilib, Fransa hakimiyyətinin yaxın müttəfiqi sayılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər