11 Yanvar 2015 00:54
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fransanın bütün şəhər mərkəzlərində terrorçuluq əleyhinə kütləvi etiraz nümayişləri keçirilib. Terrorizmə qarşı nümayişlərə Fransada təxminən 700 min insan qatılıb.

Bu, Paris istisna olunmaq digər şəhərlərdə nümayişlərdə iştirak edən sakinlərin ümumi sayını ifadə edir. Parisdə isə həmrəylik mitinqi yanvarın 11-də keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, 100 mindən çox nümayişçi Tuluzada toplaşıb. 75 min insan aksiyaya Nant şəhərində keçrilən kasiyaya qatılıb. Nitşedə 23 min, Orleanada 22 min, Bezansonda 20 min etirazçı küçələrə axışıb.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər