Yaxın gələcəkdə Ukrayna Rusiya təcavüzünə qarşı təcili olaraq ehtiyac duyduğu F-16 qırıcıları alacaq.
Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, bu sözləri İordaniyanın “Əl-Mamlaka” telekanalına müsahibəsində Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib.
O, Ukraynanın əks-hücum əməliyyatının gedişatına da münasibət bildirib və qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri rus işğalçılarının möhkəmləndirilmiş mövqeləri ilə müqavimət aparır.
"Ukraynalıların xeyli sayda döyüş qüvvəsi qalıb və bu, son deyil. Ona görə də hesab edirəm ki, açığını desəm, uğur və ya uğursuzluqdan danışmaq hələ tezdir", - Milley deyib