Türkiyə və Almaniya Yüksək Səviyyəli Əməkdaşlıq Şurası (YSƏŞ) yaratmaq barədə razılığa gəliblər. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, bu barədə Berlində NTV-türk kanalına açıqlamasında Türkiyənin Avropa Birliyi ilə əlaqələr naziri Volkan Bozkır bildirib.
Onun sözlərinə görə, yanvarın 12-də baş nazir Əhməd Davudoğlu ilə Almaniya kansleri Angela Merkel arasında belə bir qurumun yaradılması haqda anlaşma əldə edilib.
YSƏŞ-in ilk toplantısı 2016-cı ilin fevralında, böyük ehtimalla Türkiyədə keçiriləcək.
Xatırladaq ki, Davudoğlu yanvarın 12-də bir günlük səfərlə Almaniyada olub.