1 Sentyabr 2023 00:34
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Ukrayna taxıl müqaviləsini, eləcə də Qara dənizdə ticarət daşımalarının davam etdirilməsini müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu sosial şəbəkədəki səhifəsində bildirib.

“Biz Ukrayna Baş nazirinin müavini, infrastruktur və ərazi inkişafı naziri Aleksandr Kubrakov ilə videokonfrans keçirdik. Görüş zamanı bu yaxınlarda dayandırılmış Taxıl Dəhlizi təşəbbüsünü, Qara dənizdə ticarət daşımalarının davam etdirilməsi və mümkün investisiya əməkdaşlığını müzakirə etdik. Biz həmişə Ukraynanı dəstəkləyirik və onu dəstəkləməyə davam edirik”, - nazir qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər