Fransanın “Charlie Hebdo” jurnalının Məhəmməd peyğəmbərin karikaturasını yenidən dərc etmə qərarına ABŞ-dan dəstək gəlib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyinin nümayəndəsi Maria Harf Məhəmməd peyğəmbərin karikaturasını yenidən dərc etmə qərarını demokratiya ilə əlaqələndirib.
“Şəxsi fikirlərə baxılmadan “Charlie Hebdo” jurnalının Məhəmməd peyğəmbərin karikaturasını dərc etmə haqqını qəti şəkildə dəstəkləyirik. Demokratiyada da olan budur”, - o, vurğulayıb.