“Rusiya və Ukrayna arasında mümkün sülh prosesində itirən olmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bir çox diplomatik uğurlar əldə etmişik. Müharibədə qalibin, sülhdə məğlubun olmadığı inancı ilə çoxşaxəli səylərimizi davam etdiririk”, - Ərdoğan bildirib.
Türkiyə prezidenti Ankaranın regional və qlobal böhranların həllində artan vasitəçilik rolunu da vurğulayıb.