18 Sentyabr 2023 18:12
2 656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və İran hərtərəfli əməkdaşlıq sazişinin imzalanması istiqamətində irəliləyiş əldə edib. Moskva bunun tezliklə imzalanmasında maraqlıdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.

Onun sözlərinə görə, hazırda müqavilə layihəsi tərəflər arasında razılaşdırılır:

“İrəliləyiş var. Belə böyük dövlətlərarası saziş hazırlanarkən bu normal prosesdir. Saziş layihəsində təsdiq tələb edən bəzi məqamların ortaya çıxması tamamilə normaldır”.

Kabulov müqavilənin imzalanmasının mümkün vaxtı ilə bağlı sualı cavablandırarkən bildirib:

“Nə qədər tez, bir o qədər yaxşıdır”.

Rusiya rəsmisi vurğulayıb ki, sazişin mövqeləri hərtərəfli xarakterinə uyğun olaraq hər bir ölkənin müvafiq nazirlik və qurumları ilə razılaşdırılır, bu da vaxt tələb edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər