Suriyada İranın dəstəklədiyi qruplaşma ölkənin şərqində ABŞ hərbçilərinin yerləşdiyi neft-qaz obyektinə və yaxınlıqdakı Amerika bazasına PUA ilə hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Hələlik itkilər barədə məlumat verilməyib.
Məlumata görə, üç PUA ilə Deyr əz-Zor əyalətindəki Konoko qaz yatağına zərbə endirilib. Eyni zamanda, üç PUA-nın Suriya, İordaniya və İraq sərhədlərinin kəsişdiyi nöqtənin ABŞ-ın Tanf bazasına hücum etdiyi bildirilib.
İki PUA-nın hədəflərinə çatmadan vurulduğu, üçüncünün isə bazaya dəydiyi və bəzi maddi ziyanın olduğu vurğulanıb.