20 Oktyabr 2023 08:15
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

MLS-də çıxış edən “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messinin maaşı bəlli olub.

Teleqraf.com xəbər verir ki, Messinin maaşı 12 milyon dollar təşkil edir və o, zəmanətli təzminat kimi əlavə olaraq daha 20,45 milyon dollar alır.

Messi ilə birlikdə “İnter Mayami”də çıxış edən onun “Barselona”dakı sabiq komanda yoldaşları Jordi Alba 1 milyon dollar (zəmanətli təzminat kimi 1,25 milyon dollar), Serxio Busquets isə 1,5 milyon dollar (təzminat olaraq isə 1,775 milyon dollar) qazanır.

Qeyd edək ki, Messi bu ilin iyun ayında Fransanın PSJ klubundan “İnter Mayami”yə keçib. O, “İnter Mayami”nin heyətində ümumilikdə 13 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.


Müəllif: Teleqraf.com