17 Yanvar 2015 23:52
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Alberta əyalətində naməlum şəxs iki polis əməkdaşını güllələyib.

İnsident polis əməkdaşları Sent Albert şəhərində yerləşən qolf klubunda istintaq tədbirləri həyata keçirərkən yaşanıb.

Ağır güllə yaraları almış asayiş keşikçiləri xəstəxanaya yerləşdirilib. Teleqraf.com-un “RİA Novosti”-yə istinadən məlumatına görə, bu barədə CTV telekanalı informasiya yayıb.

Atəş açan şəxs hadisə yerini tərk edib. Cinayəti törətməkdə ağdərili 25-30 yaşlı kişi şübhəli bilinir. Onun müəyyən edilib saxlanılması istiqamətində əməliyyat tədbirlər aparılır.


Müəllif: