18 Yanvar 2015 14:51
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda yanvarın 25-də keçiriləcək seçkilərin baş tutmaması təhlükəsi yaranıb. Teleqraf.com-un “TRT Haber”ə istinadən məlumatına görə, seçicilərin böyük əksəriyyəti nəticələrə ümidsiz yanaşırlar və seçkidə iştirak etmək fikrində deyillər.

Yunanıstanda və paytaxt Afinada keçirilən müxtəlif sorğular da bunu əyani şəkildə təsdiqləyir.

Xatırladaq ki, son dörd ildə bu ölkə iqtisadi çətinliklər səbəbindən ciddi hakimiyyət böhranı yaşayır.

Koalisiya hökumətlərinin maliyyə böhranla mübarizədə sərt kəmərsıxma siyasətlərindən və ağır vergilərdən böhrana düşən əhali gələcəkdən ümidsiz olduğunu ifadə ediblər.

Baş verənlər seçkilərə olan marağı da ciddi şəkildə azaldıb. Vətəndaşlar seçkilərin gündəlik həyatda əhəmiyyətli dəyişikliyə səbəb olmayacağı qənaətinə gəliblər və bu fikirdə həmrəydirlər.

Nail Cəlil


Müəllif: