19 Yanvar 2015 07:59
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Novinite” xəbər agentliyinə istinadən məlumatına əsasən, Bolqarıstanın maliyyə naziri Vladislav Qoranov Litvanın avrozonaya daxil olması ilə bağlı keçirilən rəsmi tədbirdə bildirib ki, ölkə tezliklə avrozonaya daxil olmaqla bağlı danışıqlara yenidən başlamağı arzulayır.


Bolqarıstan Avropa Valyuta Mübadiləsi Mexanizminə (ERM-2) 2018-ci ildə daxil olmağa planlaşdırır. Avropa İttifaqının 2014-cü il konvergensiya məruzəsinə əsasən, Bolqarıstan avrozonaya daxil olmaq üçün qiymətlərin sabitliyi, ictimai maliyyə, faizlərin konvergensiya kimi üç meyarı yerinə yetirib.

Buna baxmayaraq, Bolqarıstan hökuməti qanunvericilik baxımından qoyulan tələbləri yerinə yetirə bilməyib.


Müəllif:

Oxşar xəbərlər