Suriyada prezident Bəşər Əsədə sadiq qüvvələr Haseki bölgəsində kürdlərə hücum edib.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, hücumlar zamanı ən azı 40 kürdün öldürüldüyü bildirilib.
Rəsmilər Əsəd qüvvələri ilə kürdlər arasında bugünədək İraq Şam İslam Dövləti terror təşkilatına qarşı döyüşmələri səbəbindən heç bir insidentin baş vermədiyini qeyd ediblər. Bəzi qaynaqlar isə kürdlərin 30 rejim əsgərini əsir götürdükdən sonra hücumlara məruz qaldığını açıqlayıblar.
Şahidlər isə hazırda bölgəyə girişin bağlı olduğunu deyiblər.
Samir