25 Noyabr 2023 18:59
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir hökuməti Qəzza zolağında atəşkəsin uzadılması ilə bağlı Fələstin-İsrail münaqişəsinin bütün tərəflərindən müsbət siqnallar alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Misirin “Al Qahera News” telekanalı məlumat yayıb.

Bildirilir ki, söhbət İsrail və Fələstinin Həmas hərəkatı arasında atəşkəsin bir neçə gün müddətinə uzadılmasından gedir.

Bu təşəbbüsün məqsədi daha çox israilli girovları və fələstinli məhbusları azad etməkdir.

Həmçinin qeyd olunub ki, danışıqlarda Misir və Qətər hakimiyyət orqanlarının nümayəndələri iştirak edir. Tərəflər atəşkəsin daha iki gün davam etdirilməsi ilə bağlı razılığa gələ bilərlər.

Məlumat üçün bildirək ki, noyabrın 22-də İsrail və HƏMAS Fələstin hərəkatının dörd günlük atəşkəs müqabilində 50 qadın və uşaq girovu azad edəcəyi barədə razılığa gəlib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər