17 May 13:14
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah ölkə ərazisində havanın temperaturu gecə 10-13 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə bir dərəcə şaxtadan dörd dərəcəyədək isti, gündüz dörd-səkkiz dərəcə isti olacaq.

Bu barədə Teleqraf.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80% , gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.


Müəllif: Teleqraf.com