26 Noyabr 2023 01:59
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadını təmsil edən İzzəddin əl-Qəssam Briqadaları İsraillə əsir mübadiləsi müqaviləsi çərçivəsində 13 israilli və 7 əcnəbini Qırmızı Xaç Cəmiyyətinə təhvil verib.

Teleqraf.com xəbər verir ki, bu barədə qrupun rəsmi teleqram kanalı məlumat yayıb.

“Humanitar atəşkəsin bir hissəsi olaraq Əl-Qəssam Briqadaları həbsdə olan 13 İsrail vətəndaşını və 7 xarici vətəndaşı Qırmızı Xaç Cəmiyyətinə təhvil verib”, - deyə qrup bildirib.

HƏMAS İsraillə əsir və məhbus mübadiləsini davam etdirmək üçün yaşıl işıq yandırdı və Misir və Qətərin müvəqqəti atəşkəs razılaşmasını təmin etmək səylərini yüksək qiymətləndirdi.


Müəllif: Pərvin Cəfərova