Britaniya İrandan və dəstəklədiyi terrorçu qruplaşmalardan gələn təhlükələrə qarşı Bəsrə körfəzinə “Diamond” esminesini göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya müdafiə naziri Qrant Şapps məlumat verib.
Onun sözlərinə görə, İsraillə HƏMAS arasında müharibənin regional qarşıdurmaya çevrilməsi riskini azaltmaq istəyirlər:
“Bu, regionda baş verənlərə cavabdır. Britaniyanı və maraqlarımızı daha qeyri-sabit və mübahisəli dünyadan qorumaq üçün bölgədəki mövcudluğu gücləndirmək çox vacibdir”.
“Wildcat” helikopterləri ilə təchiz edilmiş esminesə “Type 23” freqatı, həmçinin 3 kiçik minaaxtaran və 1 dəstək gəmisi qoşulacaq.