Rusiyanın hərbi mənbələri iddia edirlər ki, Oskol çayının şərq sahilində - Kupyan istiqamətində iki mövqe ələ keçirilib. Amma bizdə buna dair heç bir sübut yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Rusiya ordusu Sinkivka və İvanivka yaxınlığında hücuma keçib. ISW Ukrayna Silahlı Qüvvələrinin də Sinkivka yaxınlığında əks-hücuma başladığını bildirib.
Rusiya və Ukrayna qoşunları Kreminnanın qərbində, Dibrova və Serebryansk ərazisində mövqe döyüşləri aparırlar. Bu ərazidə Rusiyanın 201-ci hərbi bazasının (Mərkəzi Hərbi Dairə) bölmələri fəaliyyət göstərir.
“Mərkəzi Düşənbədə (Tacikistan) yerləşən 201-ci hərbi bazanın bölmələrinin bölgədə olması göstərir ki, Rusiya hərbi əməliyyatları gücləndirmək üçün öz qüvvələrinin bir hissəsini Tacikistandan çıxarmağa davam edir”, - məlumatda deyilir.
ISW Rusiya qoşunlarının Avdiv və Baxmut istiqamətlərində irəlilədiklərinə dair iddialarını da yalanlayıb.