23 Yanvar 12:26
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin məxfi kəşfiyyat orqanı MOSSAD-ın direktoru David Barnea əhatəli atəşkəs razılaşmasının bir hissəsi olaraq HƏMAS Hərəkatının liderlərinin Qəzza zolağından çıxarılmasını təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN telekanlı məlumat yayıb.

Barnea bu ideyanı ötən ay Polşada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns və Qətər Baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani ilə görüşündə irəli sürüb. ABŞ dövlət katibi Entoni Blinken Dohada olarkən məsələ yenidən gündəmə gəlib.

Qətər baş naziri Blinkenə bu ideyanın işə yaramayacağını deyib. Onun sözlərinə görə, HƏMAS bu halda İsrailin Qəzzada hərbi əməliyyatları dayandıracağına inanmır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər