16 Fevral 01:37
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 28 min 663-ə yüksəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü Əşrəf əl-Qudra qeyd edib.

Qudra İsrail qüvvələrinin son hücumlarında daha 104 fələstinlinin yaraladığını və Qəzza zolağında yaralananların ümumi sayının 68 min 395-ə çatdığını bildirib.

Səhiyyə Nazirliyinin sözçüsü dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədləri götürə bilmədiklərini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər