Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Ina yerli “Aurus” markalı lüks avtomobil hədiyyə etməsinə ABŞ-dən təpki gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.
O xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri BMT-yə üzv dövlətlərin Şimali Koreyaya nəqliyyat vasitələri, o cümlədən lüks avtomobillər tədarükünü qadağan edir:
“Əgər bu doğrudursa, Rusiya BMT Təhlükəsizlik Şurasının dəstəklədiyi qətnamələri növbəti dəfə pozur”.
Həmçinin Miller Rusiya avtomobilini ələ salıb:
“Rusiya lüks avtomobili” deyə bir şeyin olduğunu bilmirdim. Güman edirəm ki, Kim uzadılmış zəmanət aldı. Lüks bir avtomobil alsaydım, sanksiyalardan azad olaraq baxacağım yerin Rusiya olacağından əmin deyiləm”.