4 Mart 12:38
1 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Maykl Erik Kurilla Suriyada terrorçularla görüşüb.

Teleqraf.com xəbər verir ki, CENTCOM Kurillanın onurğasını PKK/PYD/YPG terror təşkilatlarının təşkil etdiyi “Suriya Demokratik Qüvvələri”nə (SDQ) baş çəkdiyi və təftiş etdiyini açıqlayıb.

CENTCOM Türkiyənin etirazına baxmayaraq ABŞ-nin dəstəyini dayandırmadığı SDQ-nin liderləri ilə görüşən Kurillanın səfəri ilə bağlı bildirib:

“CENTCOM komandanı, general Kurilla bölgədəki təhlükəsizlik və humanitar durumu araşdırmaq, ABŞ hərbçiləri və təhlükəsizlik tərəfdaşları (terrorçular – red.) ilə görüşmək üçün fevralın 26-dan martın 2-dək CENTCOM zonasına - Misir, İordaniya, Suriya və İsrailə səfər edib”.

Generalın SDQ liderləri ilə görüşdüyü bildirilsə də, təmaslarda nələrin müzakirə olunduğu açıqlanmayıb.

“Bu, mənim CENTCOM zonasına 27-ci səfərim idi. Bu səfərlərin hər biri mənə təhlükəsizlik problemləri və imkanları, eləcə də telefon və ya videokonfrans vasitəsilə əldə edilə bilməyən unikal perspektivləri daha dərindən dərk etməyə imkan verdi. CENTCOM zonasında çətin günlər yaşayırıq və bu çağırışların öhdəsindən gəlmək üçün zabitlərimizin peşəkarlığına, məsuliyyətinə və səriştəsinə və tərəfdaşlarımızla əlaqələrimizin gücünə arxalanırıq”, - Kurilla təmaslarla bağlı deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər