20 Mart 13:10
5 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç kim Gürcüstana göstəriş verə bilməz.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze NATO baş katibi Yens Stoltenberqin Tiflisə səfəri zamanı payızda keçiriləcək seçkilərlə bağlı göstəriş verib-vermədiyinə dair sualı cavablandırarkən deyib.

“Gürcüstan müstəqil dövlətdir və heç kim ona göstəriş verə bilməz, o cümlədən nə dost, nə də həmkarlarımız”, - baş nazir bildirib.

Kobaxidze vurğulayıb ki, Gürcüstan problemlərə görə yox, dövlət maraqlarına uyğun hərəkət edir.

“Məsləhət və təkliflərə gəlincə, hər şeyi dinləməyə və nəzərə almağa hazırıq”, - baş nazir əlavə edib.

NATO-nun baş katibi martın 18-də Gürcüstana gedib. Tiflisdən İrəvana uçan Stoltenberq martın 17-18 ikigünlük səfər proqramı ilə Azərbaycanda olub.


Müəllif: Mənsur Rəğbətoğlu