20 May 22:37
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin sonundan tez bir zamanda bəzi ölkələrin (Qərb) Rusiyadakı strateji hədəflərə zərbələr endirmək üçün öz silahlarından istifadəsinə qoyulan qadağanın ləğvi ilə bağlı qərar veriləcək.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musiyenko deyib.

Ekspert qeyd edib ki, NATO ölkələrinin hərbi qüvvələrinin Ukraynada yerləşdirilməsi ilə bağlı da danışıqlar gedir:

“Artıq başqa - NATO ölkələrinin hərbçilərinin Ukraynaya göndərilməsi mərhələsinə keçirik. Bununla razılaşan müxtəlif tərəflər var. İndiki halda söhbət NATO ölkələrinin hərbi müfəttişlərindən gedir. Hesab edirəm ki, ilin sonuna kimi bizi müəyyən ciddi dəyişikliklər gözləyir”.

Musiyenko həmçinin bildirib ki, Ukrayna artıq Rusiyanın strateji hədəfləri, xüsusən də Novorossiysk dəniz limanına hücum etməyə başlayıb. O vurğulayıb ki, Novorossiysk Rusiya üçün mühüm logistika mərkəzidir, müəyyən tədarüklər bura vasitəsilə həyata keçirilir, bəzən hətta sanksiyalardan yan keçməyə imkanı verir.

Eyni zamanda, o söyləyib ki, Qazaxıstan və Azərbaycan Avropaya neft daşımalarında bu limandan istifadə edir. Ukraynalı ekspertə görə, limana bu cür hücumlar Rusiyanı o qədər də etibarlı tərəfdaş etmir.

“Deyə bilərəm ki, Ukrayna hücumlarının yeni mərhələsinə qədəm qoyub, faktiki olaraq bu obyektlərin coğrafi sərhədlərini genişləndirir, hesab edirəm ki, bu, bu limana edilən sonuncu zərbə deyil”, - Musiyenko vurğulayıb.

Onun iddiasına görə, bunlar kortəbii addımlar deyil: “Bu obyektlə bağlı uzun müddət müşahidə aparılıb. Yəni bu o demək deyil ki, indi hansısa kortəbii qərar yaranıb. Bəzən bir hədəfi vurmaq üçün əməliyyat təşkil etmək həftələr və ya daha çox vaxt tələb edir”.

Ukrayna Silahlı Qüvvələri mayın 18-də Rusiyanın Novorossiysk şəhərinə PUA zərbələri endirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər