20 May 22:31
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallıda qətl hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, mayın 20-də saat 20 radələrində Masallı rayonunun Şıxlar kəndi ərazisində rayonun Qasımlı kənd sakini, 1971-ci il təvəllüdlü Seymur Alışanovun ov silahı və kəsici alətlə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən həmkəndlisi, 1994-cü il təvəllüdlü Aslan Ağazadə saxlanılıb.

Hadisə şəxsi münaqişə zəminində baş verib. Araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər