Bank soyğunçusu, gecə klubunun sahibi və müxalif siyasətçi kimi tanınan Gayton Makkenzi Cənubi Afrikada qurulan yeni hökumətdə nazir təyin edilib.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, o, yeni hökumətdə idman və mədəniyyət naziri təyin edilib.
Yeni nazir 16 yaşında bank soyduğu üçün 7 il həbsdə yatıb. Həbsdən çıxandan sonra o dəyişəcəyinə söz verib. Bundan sonra 2013-cü ildə Vətənpərvər Alyans (PA) partiyasını qurub.
Yeni qurulan koalisiya hökumətində Makkenzi Daxili İşlər Naziri olmaq istəyib.