8 İyul 17:12
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın hücumlarından müdafiə ilə bağlı yeni planlarını tam şəkildə həyata keçirmək üçün NATO-ya 35-50 əlavə briqada lazımdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” alyansdakı mənbələrə istinadla məlumat yayıb.

Mənbə bildirir ki, mövcud briqadaların hər biri 3000-7000 hərbçidən ibarətdir, ona görə də daha 35-50 belə briqadanın yaradılması ciddi problemə çevriləcək.

Keçən il Vilnüs sammitində NATO liderləri alyansın son 30 ildə ilk böyük müdafiə planını razılaşdırıb. Bundan sonra müttəfiqlər razılaşmanı konkret hərbi tələblərə çevirməyə çalışırlar.

NATO liderlərinin bu həftə alyansın 75-ci ildönümünə həsr olunmuş sammitində yeni qərarlar verəcəkləri gözlənilir.

Durumu şərh edən NATO nümayəndəsi bildirib ki, alyansın hərbi planlaşdırıcıları blokun müdafiəsi üçün yerinə yetirilməli olan qoşun və silahlara dair təfərrüatlı tələbləri müəyyən ediblər.

“Hava və raket əleyhinə müdafiə, uzaqmənzilli silahlar, maddi-texniki təchizat, eləcə də irihəcmli quru hərbi birləşmələri əsas prioritetlərimiz sırasındadır. Planlarımızı həyata keçirə və üzləşdiyimiz təhdidlərə cavab verə biləcək qüvvələr inkişaf etdirdikcə və imkanlar yarandıqca NATO müttəfiqlər üçün daha böyük hədəflər qoyacaq. Əminik ki, bizim çəkindirici qüvvəmiz güclüdür və güclü olacaq”, - rəsmi deyib.

Rəsmi NATO-nun gələcək planlarını şərh etməkdən imtina edib, bunların məxfi olduğunu qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər