Hazırda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmağın mənası yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Mən Putinlə danışmağa hazır deyiləm, çünki o, davranışını dəyişməyə hazır deyil”, - dövlət başçısı bildirib.
Putinin problemlərinin olduğunu söyləyən ABŞ lideri qeyd edib ki, o, nə qədər udduğunu iddia etsə də, öyünəcək hərbi uğurları yoxdur.
Bayden vurğulayıb ki, əvvəllər Ukraynanın 17.3 faizini işğal edən Rusiya 2022-ci ildə müharibəyə başladıqdan sonra çox da irəliləməyib. O, indi bu rəqəmin 17.4 faiz olduğunu iddia edib.
“Bir şeyi dəqiq demək olar, Rusiyanın Ukraynada uğur qazanmasına imkan versək, dayanmayacaqlar. Mən sizə məsləhət görürəm ki, söhbətin nədən getdiyini bilmək üçün Putinin Ukraynanın işğalından sonrakı çıxışını oxuyasınız. Məqsədinin nə olduğunu oxuyun”, - prezident əlavə edib.