12 İyul 15:13
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Ankaranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq niyyətindən xəbərdardır, amma Türkiyənin NATO-ya üzvlüyü ŞƏT-in təsis sənədlərinə ziddir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq niyyətindən xəbərdarıq. Amma Türkiyənin NATO üzvü olaraq öhdəlikləri və Şimali Atlantika Alyansının üzvü kimi əsas məqamlarla bağlı mövqeyi ilə ŞƏT-in təsis sənədləri arasında ziddiyyətlər var”, - Kremlin sözçüsü bildirb.

Peskov Türkiyənin təşkilata mümkün üzvlüyü ilə bağlı dəqiq tarixin olmadığını qeyd edib.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda NATO sammitindən sonra keçirilən mətbuat konfransında Ankaranın ŞƏT-in tamhüquqlu üzvü olmaq niyyətində olduğunu açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər