İsrail və Fələstinin "HƏMAS" hərəkatı Qəzza zolağında atəşkəsin yaradılması prinsipləri barədə razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden "X" sosial şəbəkəsində bildirib.
"Altı həftə əvvəl mən atəşkəs və girovların qaytarılması ilə bağlı [razılaşmaya] nail olmaq üçün hərtərəfli prinsipləri ortaya qoydum. Hələ görüləsi iş var, bunlar mürəkkəb məsələlərdir, lakin indiyə qədər prinsiplər İsrail və HƏMAS tərəfindən razılaşdırılıb. Komandam irəliləyişə nail olmağa çalışır və mən bu işi axıra kimi gorməyə niyyətindəyəm", - deyə o qeyd edib.